Assistance · al-Ma'un · سورة الماعون · 7 ayahs

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ

(Ey Peyğəmbər!) Dini (hesab gününü) yalan sayan kimsəni gördünmü?

فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ

O elə kimsədir ki, yetimi qovar

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

və (heç kəsi) miskini yedirtməyə təşviq etməz.

فَوَيْلٌ لِلْمُصَلِّينَ

Vay halına namaz qılanların –

الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ

o kəslərin ki, onlar namazlarında səhlənkardırlar.

الَّذِينَ هُمْ يُرَاءُونَ

Onlar (namazlarında) riyakarlıq edərlər

وَيَمْنَعُونَ الْمَاعُونَ

və kiçik bir şeyi verməkdən belə imtina edirlər.