(Kitabı) bilməyənlər dedilər: “Məgər Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?!” Onlardan əvvəlkilər də, onların sözünün bənzərini söyləmişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz yəqinliklə inanan bir qövmə dəlilləri bəyan etdik.
Al-Baqarah 2:118
Compare 2 Azerbaijani translations
وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ مِنْ قَبْلِهِمْ مِثْلَ قَوْلِهِمْ ۘ تَشَابَهَتْ قُلُوبُهُمْ ۗ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ
DragHold to move · × to hide
(Müşriklərdən olan) cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!” Onlardan əvvəl gələnlər (yəhudilər və xaçpərəstlər) də buna bənzər sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik.