Al-Baqarah 2:124

Compare 2 Azerbaijani translations

وَإِذِ ابْتَلَىٰ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا ۖ قَالَ وَمِنْ ذُرِّيَّتِي ۖ قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ

القرآن الكريم

DragHold to move · × to hide

Rəbbi İbrahimi bəzi kəlmələrlə sınağa çəkdiyi zaman o, bunları tamamilə yerinə yetirdi. Allah buyurdu: “Mən səni insanlara imam edəcəyəm!” İbrahim dedi: “Nəslimdən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!”

Alikhan Musayev

(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bə’zi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) tə’yin edəcəyəm”, -dedi. (İbrahim isə:) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.

Vasim Mammadaliyev and Ziya Bunyadov