Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Kim (müqəddəs) Evi həcc və ya ümrə (məqsədi ilə) ziyarət edərsə, bu iki (dağ arasında) səy etməsində ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, (bilsin ki), Allah şükrün əvəzini verəndir, (hər şeyi) biləndir.
Al-Baqarah 2:158
Compare 2 Azerbaijani translations
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ ۖ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا ۚ وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيمٌ
DragHold to move · × to hide
(Ey mö’minlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kə’bəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.