Sayı müəyyən olan günlərdə Allahı yad edin. Kim iki gün ərzində (ayinləri yerinə yetirib Minadan) tez çıxarsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsınız.
Al-Baqarah 2:203
Compare 2 Azerbaijani translations
وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَعْدُودَاتٍ ۚ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ ۚ لِمَنِ اتَّقَىٰ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ
DragHold to move · × to hide
(Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin!