Al-Baqarah 2:245

Compare 2 Azerbaijani translations

مَنْ ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً ۚ وَاللَّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ

القرآن الكريم

DragHold to move · × to hide

Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), Allah onun üçün bunu qat-qat artırar. Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız.

Alikhan Musayev

Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.

Vasim Mammadaliyev and Ziya Bunyadov