İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikdə: “Bu ki, əvvəllər bizə verilən ruzilərdəndir!”– deyəcəklər. Halbuki onlara onun oxşarı verilmişdir. Onlar üçün orada pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.
Al-Baqarah 2:25
Compare 2 Azerbaijani translations
وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا ۙ قَالُوا هَٰذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ ۖ وَأُتُوا بِهِ مُتَشَابِهًا ۖ وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَهُمْ فِيهَا خَالِدُونَ
DragHold to move · × to hide
(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (mö’minlər) orada əbədi qalacaqlar.