(Verəcəyiniz sədəqələr) Allah yolunda cihad edib yer üzündə (qazanc dalınca) səfərə çıxa bilməyən yoxsullar üçündür. Bu kimsələr həyalarından dolayı (dilənmədiklərinə görə) tanımayan adam onları varlı hesab edir. Sən isə onları simalarından tanıyırsan. Onlar israrla insanlardan (bir şey) istəməzlər. Xeyirli şeylərdən nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir.
Al-Baqarah 2:273
Compare 2 Azerbaijani translations
لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُمْ بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا ۗ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
DragHold to move · × to hide
(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!