Al-Hajj 22:46

Compare 2 Azerbaijani translations

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَٰكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

القرآن الكريم

DragHold to move · × to hide

Məgər onlar yer üzündə gəzib dolaşaraq (zalımların aqibətini) qəlbləri ilə düşünüb, qulaqları ilə eşitmirlər? Axı əslində gözlər deyil, sinələrdəki qəlblər kor olur.

Alikhan Musayev

Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar).

Vasim Mammadaliyev and Ziya Bunyadov