Sizə göz qoyan (münafiqlər,) Allahdan sizə bir zəfər gəldikdə: “Məgər biz sizinlə deyildikmi?”– deyər, kafirlərin (qələbədən) bir nəsibi olduqda isə (onlara:) “Məgər biz sizə dəstək olub, sizi möminlərdən qorumadıqmı?”– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməz.
An-Nisa' 4:141
Compare 2 Azerbaijani translations
الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِنْ كَانَ لَكُمْ فَتْحٌ مِنَ اللَّهِ قَالُوا أَلَمْ نَكُنْ مَعَكُمْ وَإِنْ كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُوا أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُمْ مِنَ الْمُؤْمِنِينَ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ ۗ وَلَنْ يَجْعَلَ اللَّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا
DragHold to move · × to hide
(Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi? “deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: “Məgər (mö’minlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz mö’minlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmi? “– söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə mö’minlərin əleyhinə olan bir yol göstərməz!