An-Nisa' 4:154

Compare 2 Azerbaijani translations

وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا

القرآن الكريم

DragHold to move · × to hide

Biz onlardan aldığımız əhdə görə, Tur dağını (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü qadağasını pozmayın!”– dedik. Biz onlardan möhkəm bir əhd aldıq.

Alikhan Musayev

Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” – dedik. Və onlardan möhkəm əhd aldıq.

Vasim Mammadaliyev and Ziya Bunyadov