Səndən fitva istəyirlər. De: “Atası və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir: “Övladı (və ya atası) olmayan şəxs öldükdə onun (atabir-anabir və ya yalnız atabir) bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər (ölmüş bacının oğlan) övladı yoxdursa, qardaşı ona varis olur. Əgər (varislər) iki (və ya daha çox) bacıdırsa, (ölən qardaşın) qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər (varislər) qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər (pay) düşür”. Allah bunu sizə bəyan edir ki, (haqq) yoldan azmayasınız. Allah hər şeyi bilir.
An-Nisa' 4:176
Compare 2 Azerbaijani translations
يَسْتَفْتُونَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَةِ ۚ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَا إِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌ ۚ فَإِنْ كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِنْ كَانُوا إِخْوَةً رِجَالًا وَنِسَاءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ ۗ يُبَيِّنُ اللَّهُ لَكُمْ أَنْ تَضِلُّوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
DragHold to move · × to hide
(Ya Rəsulum!) Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan şəxs (şəxsin mirası) haqqında Allah sizə belə fətva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!