An-Nisa' 4:35

Compare 2 Azerbaijani translations

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا

القرآن الكريم

DragHold to move · × to hide

Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o halda kişinin ailəsindən bir hakim və qadının ailəsindən də bir hakim göndərin. Əgər bu iki tərəf aranı düzəltmək istəyərsə, Allah onları barışdırar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

Alikhan Musayev

(Ey mö’minlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) tə’yin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!

Vasim Mammadaliyev and Ziya Bunyadov