An-Nisa' 4:92

Compare 2 Azerbaijani translations

وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً ۚ وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَأً فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ إِلَّا أَنْ يَصَّدَّقُوا ۚ فَإِنْ كَانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ وَإِنْ كَانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِنَ اللَّهِ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

القرآن الكريم

DragHold to move · × to hide

Heç bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səhvən bir mömini öldürərsə, o zaman mömin bir kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Ölənin ailəsinin (qanbahasını) bağışlaması isə müstəsnadır. Əgər (ölən adam) mömin olduğu halda, sizə düşmən olan bir qövmdəndirsə, onda (qatil) mömin bir kölə azad etməlidir. Əgər (ölən adam) sizinlə aralarında anlaşma olan bir qövmdəndirsə, o halda (qatil) onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Alikhan Musayev

Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz. Bu, səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mö’mini səhvən öldürərsə, o zaman o, mö’min bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mö’min bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Vasim Mammadaliyev and Ziya Bunyadov