An-Nisa' 4:95

Compare 2 Azerbaijani translations

لَا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُولِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا

القرآن الكريم

DragHold to move · × to hide

Möminlərdən – üzrlü olanlar müstəsna olmaqla – (cihaddan geridə qalıb evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah, öz malları və canları ilə cihad edənləri, (geridə qalıb evdə) oturanlardan dərəcə etibarilə üstün etmişdir. Allah (onların) hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah mücahidləri (geridə qalıb evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.

Alikhan Musayev

Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö’minlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə e’tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.

Vasim Mammadaliyev and Ziya Bunyadov