Al-Hujurat 49:9

Compare 2 Azerbaijani translations

وَإِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا ۖ فَإِنْ بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَىٰ فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّىٰ تَفِيءَ إِلَىٰ أَمْرِ اللَّهِ ۚ فَإِنْ فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا ۖ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

القرآن الكريم

DragHold to move · × to hide

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını islah edin. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüz edənlə Allahın əmrinə qayıdanadək vuruşun. Əgər o qayıtsa, hər iki dəstənin arasını ədalətlə islah edin və ədalətli olun. Sözsüz ki, Allah ədalətli olanları sevər.

Alikhan Musayev

Əgər mö’minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!

Vasim Mammadaliyev and Ziya Bunyadov