وَالنَّجْمِ إِذَا هَوَىٰ
And olsun batmaqda olan ulduza!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
وَالنَّجْمِ إِذَا هَوَىٰ
And olsun batmaqda olan ulduza!
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ
Yoldaşınız (Muhamməd) nə azmış, nə də sapmışdır.
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ
O, havadan (istədiyini) danışmaz.
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
Bu (Quran), ona nazil edilən bir vəhydir.
عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ
Bunu ona çox qüvvətli olan öyrətdi –
ذُو مِرَّةٍ فَاسْتَوَىٰ
gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (Peyğəmbərə öz surətində göründü).
وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ
O (Cəbrail), ən uca üfüqdə idi.
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
Sonra (Muhammədə) yaxınlaşıb aşağı endi.
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ
(Cəbrail ilə Muhamməd arasındakı məsafə) iki yay qədər yaxud ondan da yaxın (məsafə) oldu.
فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ
(Sonra Allah) quluna (Muhammədə) nazil edəcəyini vəhy etdi.
مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ
Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü (Cəbraili iki gözü ilə görməsini) yalan saymadı.
أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ
(Ey Müşriklər!) Siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ
(Muhamməd) Onu (Cəbraili) bir daha (isra gecəsi öz sürətində) enərkən gördü –
عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ
(Yeddinci səmadakı) Sidrətül-müntəhanın yanında.
عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ
Onun yanında Məva cənnəti vardır.
إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ
O zaman Sidrə ağacını bürüyən bürümüşdü.
مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ
Göz (Peyğəmbərin gözü sağa-sola) yayınmadı və həddi aşmadı.
لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ
O, Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.
أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ
(Ey müşriklər!) Lat və Uzzanı gördünüzmü?
وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ
Digər üçüncü olan Mənatı da?
أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنْثَىٰ
Məgər oğlanlar sizin, qızlar Onundur (Allahındır)?!
تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ
Onda bu, ədalətsiz bir bölgüdür!
إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ
Bunlar (bütlər) sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir.
أَمْ لِلْإِنْسَانِ مَا تَمَنَّىٰ
Yoxsa insan üçün istədiyi şey (bütlərin onun üçün Allah yanında şəfaətçi olması) vardır?
فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ
Axirət də, dünya da Allahındır.
وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ
Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və razı qaldığı kimsədən başqa (heç kəsə) heç bir fayda verməz.
إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنْثَىٰ
Axirətə inanmayanlar mələkləri (onların Allahın qızları olduğunu etiqad edərək) qadın adları ilə adlandırırlar.
وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا
Onların buna dair heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.
فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّىٰ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا
(Ey Peyğəmbər!) Zikrimizdən (Qurandan) üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
ذَٰلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ
Onların elmdən payı elə o qədərdir. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanı da, doğru yolda olanıda yaxşı bilir.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ
Onlar kiçik günahlar müstəsna olmaqla, böyük günahlardan və çirkin əməllərdən (şirkdən və zinadan) çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.
أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ
(Ey Peyğəmbər!) Üz çevirəni (Valid bin Muğiranı) gördünmü,
وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ
(malından) azacıq verib (sonra) paxıllıq edəni?
أَعِنْدَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ
Məgər qeyb elmi onun yanındadır, o da (bunu) görür?
أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ
Yoxsa Musanın səhifələrindəkilər ona xəbər verilmədi?
وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ
Vəfalı olan İbrahimin (səhifələrindəkilər ona xəbər verilmədi?)
أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ
(O səhifələrində deyilənlərdən bəziləri bunlardır:) “Heç bir günahkar başqasının günahını daşımaz.
وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ
İnsan üçün yalnız öz əməlinin əvəzi vardır.
وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ
Şübhəsiz ki, onun əməli (Qiyamət günü) görünəcəkdir.
ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ
Sonra da ona (əməlinin) əvəzi tam veriləcəkdir!”
وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ
Son dönüş Rəbbinədir.
وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ
Güldürən də, ağladan da Odur!
وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا
Öldürən də, dirildən də Odur!
وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ
O, (insanlardan və heyvanlardan) biri erkək və biri dişi olmaqla iki cüt yaratdı.
مِنْ نُطْفَةٍ إِذَا تُمْنَىٰ
Axıdılan bir (damla) nütfədən.
وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ
Təkrar diriltmək də Ona aiddir.
وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ
Zəngin edən də, kasıb edən də Odur.
وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ
Şiranın (müşriklərin ibadət etdiyi şira ulduzunun) da Rəbbi Odur.
وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ
O, əvvəlki Adı (Ad qövmünü) məhv etdi.
وَثَمُودَ فَمَا أَبْقَىٰ
Səmudu da (məhv edib onlardan heç kəsi sağ) buraxmadı.
وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ
Daha öncə Nuh qövmünü də (məhv etdi), çünki onlar daha zalım və daha azğın kimsələr idi.
وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ
Mötəfikənin də (Lut qövmünün yurdu da) altını üstünə O çevirdi.
فَغَشَّاهَا مَا غَشَّىٰ
Onların başına gətirdiyini gətirdi.
فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ
(Ey insan!) Rəbbinin hansı nemətlərinə şübhə edirsən?
هَٰذَا نَذِيرٌ مِنَ النُّذُرِ الْأُولَىٰ
Bu (Muhamməd) də öncəki peyğəmbərlər kimi (Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir.
أَزِفَتِ الْآزِفَةُ
Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.
لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ كَاشِفَةٌ
Allahdan başqa heç kəs onun qarşısını ala bilməz! (Və ya: Allahdan başqa heç kəs onun vaqe olacaq vaxtı bilməz!)
أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ
Yoxsa siz bu sözə (Qurana) təəccübmü edirsiniz?!
وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ
(Ona istehza edərək) gülürsünüz, (oradakı öyüd-nəsihəti eşitdikdə) ağlamırsınız!
وَأَنْتُمْ سَامِدُونَ
Və qəflət içində oynayıb əylənirsiniz (ona diqqət yetirmirsiniz)!
فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩
Allah üçün səcdəyə qapanın və (Ona) ibadət edin!