The Mobilization · al-Hashr · سورة الحشر · 24 ayahs

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir.

هُوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِنْ دِيَارِهِمْ لِأَوَّلِ الْحَشْرِ ۚ مَا ظَنَنْتُمْ أَنْ يَخْرُجُوا ۖ وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللَّهِ فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا ۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُمْ بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayan Bəni Nadir qəbiləsini) ilk sürgündə yurdlarından çıxardan Odur. (Ey möminlər!) Siz onların (öz yurdlarından) çıxacaqlarını zənn etmirdiniz. Onlar da qalalarının onları Allahdan qoruyacağını zənn edirdilər. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət alın, ey ağıl sahibləri!

وَلَوْلَا أَنْ كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْجَلَاءَ لَعَذَّبَهُمْ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابُ النَّارِ

Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada (başqa) əzab verərdi. Axirətdə isə onlar üçün Cəhənnəm əzabı vardır.

ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۖ وَمَنْ يُشَاقِّ اللَّهَ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

Bu, onların Allaha və Onun Rəsuluna qarşı düşmənçilik etdiklərinə görədir. Kim Allaha qarşı düşmənçilik edərsə, (bilsin ki,) həqiqətən, Allah şiddətli cəza verəndir.

مَا قَطَعْتُمْ مِنْ لِينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً عَلَىٰ أُصُولِهَا فَبِإِذْنِ اللَّهِ وَلِيُخْزِيَ الْفَاسِقِينَ

(Ey möminlər! Bəni Nadir qəbiləsinin) xurma ağaclarını kəsməyiniz, yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Bu (Allahın) fasiqləri rəzil etməsi üçündür.

وَمَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَٰكِنَّ اللَّهَ يُسَلِّطُ رُسُلَهُ عَلَىٰ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

Allahın Öz rəsuluna onlardan (Bəni Nadir qəbiləsinin mallarından) verdiyi qənimətlərə tərəf siz nə at (çapıb), nə də dəvə sürdünüz. Lakin Allah, elçilərini istədiyi kəslər üzərində hakim edər. Allah hər şeyə qadirdir.

مَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاءِ مِنْكُمْ ۚ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

Allahın Öz rəsuluna (fəth edilən) məmləkətlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, onun qohum-əqrəbasına, yetimlərə, miskinlərə və müsafirlərə məxsus edilmişdir ki, (o mallar) aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Allahın rəsulu sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası şiddətlidir.

لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ

(Qənimətlər həmçinin) Allahın lütfünü və razılığını qazanmağa can atan, Allaha və Onun rəsuluna yardım edərkən yurdlarından çıxardılan və mallarından məhrum edilən yoxsul mühacirlərə aiddir. Doğru olanlar da məhz onlardır.

وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۚ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

Onlardan (mühacirlərdən) öncə (Mədinədə) yurd salmış, (sonra da) iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına hicrət edənləri sevər, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.

وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ

Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Qəlblərimizdə iman gətirənlərə qarşı kinə və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən şəfqətlisən, rəhmlisən!”

أَلَمْ تَرَ إِلَى الَّذِينَ نَافَقُوا يَقُولُونَ لِإِخْوَانِهِمُ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِنْ قُوتِلْتُمْ لَنَنْصُرَنَّكُمْ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ

Münafiqlərin, Kitab əhlindən kafir olan (yəhudi) qardaşlarına: “Əgər siz (yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə çıxacaq və sizə qarşı heç vaxt heç kəsə itaət etməyəcəyik. Əgər (müsəlmanlar) sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.

لَئِنْ أُخْرِجُوا لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِنْ قُوتِلُوا لَا يَنْصُرُونَهُمْ وَلَئِنْ نَصَرُوهُمْ لَيُوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ

Əgər onlar (Bəni Nadir qəbiləsindən olan yəhudilər yurdlarından) çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (müsəlmanlar) onlara qarşı vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) köməklik göstərməzlər. Əgər (münafiqlər) onlara yardım etmiş olsalar, geri dönüb qaçar, sonra da onlara (Bəni Nadir qəbiləsinə) heç bir kömək edilməz.

لَأَنْتُمْ أَشَدُّ رَهْبَةً فِي صُدُورِهِمْ مِنَ اللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ

(Ey möminlər!) Onların (münafiqlərlə yəhudilərin) qəlblərində sizə qarşı olan qorxu, Allaha olan qorxularından daha şiddətlidir. Çünki onlar anlamayan bir qövmdür.

لَا يُقَاتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِي قُرًى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ ۚ بَأْسُهُمْ بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ

(Ey möminlər!) Onlar (yəhudilər) cəm halda sizə qarşı yalnız möhkəm şəhərlərdə və ya divarlar arxasından vuruşarlar. Aralarındakı düşmənçilik isə şiddətlidir. (Ya Peyğəmbər!) Sən onların birgə olduqlarını güman edirsən, halbuki onların qəlbləri müxtəlifdir. Bu, onların dərk etməyən bir qövm olduqları üçündür.

كَمَثَلِ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَرِيبًا ۖ ذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Onlar (yəhudilər) özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış kimsələrə (Bədrdə məğlub edilmiş Məkkə müşriklərinə) bənzəyirlər. Onlara (axirətdə) ağrılı-acılı bir əzab vardır.

كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِنْكَ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ

(Münafiqlərin Bəni Nadir yəhudilərini aldatmasının məsəli) şeytanın məsəli kimidir. Şeytan insana: “Kafir ol!”– deyər. İnsan kafir olunca: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyər.

فَكَانَ عَاقِبَتَهُمَا أَنَّهُمَا فِي النَّارِ خَالِدَيْنِ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الظَّالِمِينَ

(Nəhayət) onların hər ikisinin (Şeytanın və onun aldatdığı kimsənin) aqibəti Cəhənnəmdə əbədi qalmaq oldu. Zalımların cəzası budur.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ ۚ أُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ

Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.

لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ ۚ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ

Cəhənnəm əhli ilə Cənnət əhli eyni ola bilməz. Məhz Cənnət əhli uğur qazanan kimsələrdir.

لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

(Ey Peyğəmbər!) Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onu Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar düşünsünlər deyə çəkirik.

هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ

O, Özündən başqa heç bir ilah olmayan, qeybi və aşkarı bilən Allahdır. O, Rəhmandır, Rəhimdir.

هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ

O, Özündən başqa heç bir ilah olmayan, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Salam (bütün eyib və naqis sifətlərdən uzaq), Mömin (haqqı təsdiq edən və qullarına əmin-amanlıq bəxş edən), Muhəymin (hər bir şeyi müşahidə edən), Əziz (yenilməz güc-qüvvət sahibi), Cabbar (istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan), Mutəkəbbir (əzəmətli, təkəbbürlü və məxluqata aid sifətlərdən uzaq) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.

هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

O, Xaliq (yaradan), Bəri (yoxdan var edən), Musavvir (məxluqatına istədiyi surəti verən) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Qüdrətlidir, Hikmət sahibidir.