Al-Mumtahina 60:11

Compare 2 Azerbaijani translations

وَإِنْ فَاتَكُمْ شَيْءٌ مِنْ أَزْوَاجِكُمْ إِلَى الْكُفَّارِ فَعَاقَبْتُمْ فَآتُوا الَّذِينَ ذَهَبَتْ أَزْوَاجُهُمْ مِثْلَ مَا أَنْفَقُوا ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ

القرآن الكريم

DragHold to move · × to hide

Əgər zövcələrinizdən hər hansı biri sizi tərk edib (mürtəd olaraq) kafirlərin yanına getsə və siz də (kafirlərlə) vuruşub qalib gəlsəniz, (ələ keçirdiyiniz qənimətdən) zövcələri çıxıb getmiş kimsələrə onların sərf etdikləri (mehr) qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!

Alikhan Musayev

Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!

Vasim Mammadaliyev and Ziya Bunyadov