At-Talaq 65:2

Compare 2 Azerbaijani translations

فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِنْكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا

القرآن الكريم

DragHold to move · × to hide

Gözləmə (iddə) vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan şəriətə müvafiq qaydada ayrılın. (Zövcələrinizi saxlamaq və ya onlardan ayrılmaq istədikdə sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Ey şahidlər! Siz də) Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən öyüd-nəsihət budur. Kim Allahdan qorxarsa, Allah ona (hər sıxıntıdan) bir çıxış yolu açar

Alikhan Musayev

Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.

Vasim Mammadaliyev and Ziya Bunyadov