١قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا
1(Ey Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran eşitdik!
٢يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا
2O, doğru yola yönəldir. Biz ona iman gətirdik və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
٣وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا
3Doğrudan da, Rəbbimizin əzəməti çox ucadır. O Özünə nə bir zövcə, nə də bir övlad götürmüşdür.
٤وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا
4Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz yalan danışırmış.
٥وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ تَقُولَ الْإِنْسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا
5Biz isə insanların və cinlərin Allah barəsində əsla yalan söyləməyəcəklərini zənn edirdik.
٦وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا
6Həqiqətən, insanlardan bəziləri (cahiliyyət dövründə) cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.
٧وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنْتُمْ أَنْ لَنْ يَبْعَثَ اللَّهُ أَحَدًا
7(Ey cinlər!) Onlar (insan) da siz zənn etdiyiniz kimi, Allah heç kəsi (öldükdən sonra yenidən) diriltməyəcəyini zənn edirdilər.
٨وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا
8Biz səmaya qalxdıqda onun (mələklərdən ibarət) sərt gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.
٩وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا
9Halbuki (daha öncə) biz (mələklərin söhbətini) dinləmək üçün göyün bəzi yerlərində otururduq. Amma indi kim (onları) dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan ulduza rast gələr.
١٠وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَنْ فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا
10Biz bilmirik (mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə), yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
١١وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًا
11Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
١٢وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ نُعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَنْ نُعْجِزَهُ هَرَبًا
12Biz yer üzündə Allahı aciz buraxmayacağımızı və qaçaraq da Ondan canımızı qurtara bilməyəcəyimizi anladıq.
١٣وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَنْ يُؤْمِنْ بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا
13Biz doğru yolu göstərən rəhbəri (Quranı) eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar.
١٤وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا
14Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) azanlar da. Müsəlman olanlar doğru yolu axtaranlardır.
١٥وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا
15(Doğru yoldan) azanlar Cəhənnəm üçün odun olacaqlar”.
١٦وَأَنْ لَوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُمْ مَاءً غَدَقًا
16Əgər onlar (Məkkə müşrikləri) o yolda sabit olsaydılar, Biz onlara bol-bol su verərdik.
١٧لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَنْ يُعْرِضْ عَنْ ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا
17Onları bununla (bu nemətlə) imtahana çəkmək üçün etdik. Kim Rəbbinin zikrindən üz döndərərsə, (Allah) onu məşəqqətli bir əzaba məruz qoyar.
١٨وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
18Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!
١٩وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا
19Allahın qulu (Muhamməd) Allaha ibadət etmək üçün (namaz qılmağa) qalxdıqda (cinlər Quranı dinləmək üçün) az qala onun ətrafında bir-birinə üstünə topalaşırdılar.
٢٠قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا
20(Ey Peyğəmbər!) De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!”
٢١قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا
21De: “Mən sizə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm!”
٢٢قُلْ إِنِّي لَنْ يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا
22De: “Məni Allahdan (Allahın əzabından) heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq tapa bilmərəm!
٢٣إِلَّا بَلَاغًا مِنَ اللَّهِ وَرِسَالَاتِهِ ۚ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا
23(Edə biləcəyim) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu vardır”.
٢٤حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا
24Onlar özlərinə vəd olunduqlarını (Qiyamət əzabını) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
٢٥قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا
25De: “Mən sizə vəd olunanın (Qiyamətin) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etdiyini bilmirəm.
٢٦عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِ أَحَدًا
26O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;
٢٧إِلَّا مَنِ ارْتَضَىٰ مِنْ رَسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا
27yalnız razı qaldığı elçidən başqa. Allah onun önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyur ki,
٢٨لِيَعْلَمَ أَنْ قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا
28(Peyğəmbərlərinin), Rəbbinin göndərdiklərini (necə) təbliğ etdiyini bilsin. Allah onların etdiklərini ehtiva etmişdir və hər şeyi ayrı-ayrılıqda hesaba almışdır”.