وَالنَّازِعَاتِ غَرْقًا
And olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
وَالنَّازِعَاتِ غَرْقًا
And olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara!
وَالنَّاشِطَاتِ نَشْطًا
And olsun (möminlərin canını) rahatlıqla alanlara!
وَالسَّابِحَاتِ سَبْحًا
And olsun (Allahın əmri ilə göydən yerə) sürətlə üzənlərə!
فَالسَّابِقَاتِ سَبْقًا
And olsun (Allahın əmrini əda etmək üçün bir-birini) ötdükcə ötənlərə!
فَالْمُدَبِّرَاتِ أَمْرًا
And olsun işi yerinə yetirənlərə!
يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ
O gün (sura ilk üfürülüş ilə) lərzəyə gələn titrəyəcək.
تَتْبَعُهَا الرَّادِفَةُ
Onun ardınca təkrar titrəyəcəkdir (Sur ikinci dəfə üfürüləcəkdir).
قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ
O gün qəlblər (qorxudan) tir-tir əsəcək.
أَبْصَارُهَا خَاشِعَةٌ
(O qəlb sahiblərinin) gözləri (qorxudan) zəlil bir görkəm alacaqdır.
يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ
Onlar deyərlər: “"Doğrudanmı biz (öldükdən sonra yenidən) əvvəlki halımıza qaytarılacağıq?
أَإِذَا كُنَّا عِظَامًا نَخِرَةً
Çürümüş sümüklər olduğumuzdan sonramı?
قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ
Onlar: “O zaman bu, ziyanlı bir qayıdışdır”– dedilər.
فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ
O (surun axırıncı dəfə üfürülməsi) təkcə qorxunc bir səsdir.
فَإِذَا هُمْ بِالسَّاهِرَةِ
Onlar dərhal (qəbirlərindən) yerin səthinə çıxacaqlar.
هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ
(Ey Peyğəmbər!) Musanın xəbəri sənə gəlib çatdımı?
إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
O zaman Rəbbi ona müqəddəs Tuva vadisində (belə) nida etmişdi:
اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
“Fironun yanına get! Çünki o, həddi aşmışdır.
فَقُلْ هَلْ لَكَ إِلَىٰ أَنْ تَزَكَّىٰ
(Ona) de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ
Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”
فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ
(Musa) ona ən böyük ayəni göstərdi.
فَكَذَّبَ وَعَصَىٰ
O isə (haqqı) yalan saydı və asi oldu.
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ
Sonra da üz döndərib (tələsərək) getdi.
فَحَشَرَ فَنَادَىٰ
O, (camaatını) toplayıb (onlara) nida edərək:
فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ
“Mən sizin ən uca Rəbbinizəm!”– dedi.
فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ
(Beləliklə də) Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِمَنْ يَخْشَىٰ
Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət vardır.
أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا
Sizin yaradılışınız çətindir, yoxsa göyün? Onu (Allah) bina etdi.
رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا
Onun tavanını yüksəltdi, düzəldib kamilləşdirdi.
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا
Gecəsini qaranlıq edib, gündüzünü də nurlandırdı.
وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا
Bundan sonra yeri döşəyib (insanların orada yaşaması üçün onu yararlı bir hala gətirdi).
أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا
Ondan suyunu və otlağını çıxartdı.
وَالْجِبَالَ أَرْسَاهَا
Dağları da (yerə) bərkitdi.
مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ
Sizin və heyvanlarınızın faydalanması üçün.
فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ
Ən böyük fəlakət (Qiyamət) gəldiyi zaman –
يَوْمَ يَتَذَكَّرُ الْإِنْسَانُ مَا سَعَىٰ
o gün insan etdiklərini xatırlayacaqdır.
وَبُرِّزَتِ الْجَحِيمُ لِمَنْ يَرَىٰ
Cəhənnəm isə hər görənə göstəriləcəkdir.
فَأَمَّا مَنْ طَغَىٰ
Amma kim həddi aşıbsa,
وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا
dünya həyatını (axirətdən) üstün tutubsa,
فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ
şübhəsiz ki, Cəhənnəm onun məskənidir.
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ
Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxubsa və nəfsə istəyini yasaq edibsə,
فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ
şübhəsiz ki, Cənnət onun məskənidir.
يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا
(Ey Peyğəmbər!) Səndən Qiyamətin nə zaman qopacağı barəsində soruşurlar.
فِيمَ أَنْتَ مِنْ ذِكْرَاهَا
Sən onu haradan biləsən?!
إِلَىٰ رَبِّكَ مُنْتَهَاهَا
Onu kamil bilmək Rəbbinə aiddir.
إِنَّمَا أَنْتَ مُنْذِرُ مَنْ يَخْشَاهَا
Sən yalnız ondan (Qiyamətdən) qorxanı xəbərdar edənsən.
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا
Onlar Qiyaməti gördükləri gün (dünyada) sanki bir axşam yaxud bir səhər qaldıqlarını güman edəcəklər!