إِذَا السَّمَاءُ انْشَقَّتْ
Göy yarılacağı
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
إِذَا السَّمَاءُ انْشَقَّتْ
Göy yarılacağı
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ
və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
وَإِذَا الْأَرْضُ مُدَّتْ
Yer dümdüz ediləcəyi,
وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ
içindəkiləri (kənara) atıb boşalacağı
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ
və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ
Ey insan! Sən səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ
Kimin kitabı sağ əlinə veriləcəksə,
فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا
o, yüngül haqq-hesaba çəkiləcək
وَيَنْقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا
və ailəsinə sevinərək dönəcək!
وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ
Kimin kitabı arxa tərəfindən (sol əlinə) veriləcəksə,
فَسَوْفَ يَدْعُو ثُبُورًا
o (özünə) ölüm diləyəcək
وَيَصْلَىٰ سَعِيرًا
və alovlu atəşə atılacaq!
إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا
O, (dünyada ikən) ailəsində sevinc içində idi
إِنَّهُ ظَنَّ أَنْ لَنْ يَحُورَ
Çünki o heç bir zaman (Rəbbinin hüzuruna) qayıtmayacağını zənn edirdi.
بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا
Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
فَلَا أُقْسِمُ بِالشَّفَقِ
And içirəm şəfəqə,
وَاللَّيْلِ وَمَا وَسَقَ
Gecəyə və (gecənin) ağuşuna aldıqlarına,
وَالْقَمَرِ إِذَا اتَّسَقَ
bədirlənmiş aya!
لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ
(Ey insanlar!) Siz mütləq haldan-hala düşəcəksiniz.
فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ
Onlara nə olub ki, iman gətirmirlər?
وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩
Onlara Quran oxunduqda səcdə etmirlər?
بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ
Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.
وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ
Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!
فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
İman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat vardır.