The Nightly Visitor · at-Tariq · سورة الطارق · 17 ayahs

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

وَالسَّمَاءِ وَالطَّارِقِ

And olsun səmaya və Tariqə!

وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ

(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Tariq nədir?

النَّجْمُ الثَّاقِبُ

(O, qaranlıqları) dəlib keçən parlaq ulduzdur.

إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ

Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi (mələk) olmasın!

فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ

Qoy insan nədən yaradıldığına bir baxsın!

خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ

O, atılan sudan (nütfədən) yaradılmışdır.

يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ

O (su) bel və sinə sümükləri arasından çıxır.

إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ

Şübhəsiz ki, Allahın onu (öldükən sonra) yenidən diriltməyə qadirdir.

يَوْمَ تُبْلَى السَّرَائِرُ

O gün (qəlblərdə olan) sirlər aşkar olunacaqdır.

فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ

(O gün) onun (insanın) nə bir qüvvəsi, nə də bir köməkçisi olar.

وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ

And olsun yağış sahibi olan göyə!

وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ

And olsun (növbənöv bitkilərlə) yarılan yerə!

إِنَّهُ لَقَوْلٌ فَصْلٌ

Həqiqətən, bu (Quran, haqqı batildən) ayıran bir sözdür.

وَمَا هُوَ بِالْهَزْلِ

O, əyləncə (boş söz) deyil.

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا

Onlar (kafirlər) hiylə qururlar.

وَأَكِيدُ كَيْدًا

Mən də hiylə qururam.

فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا

(Ey Peyğəmbər!) Kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver.