At-Tawbah 9:30

Compare 2 Azerbaijani translations

وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُمْ بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ

القرآن الكريم

DragHold to move · × to hide

Yəhudilər: “Üzeyir Allahın oğludur”– dedilər. Nəsranilər də: “Məsih Allahın oğludur”– dedilər. Onların ağızlarından çıxan bu sözlər, daha əvvəlki kafirlərin ("lat, uzza, mənat və mələklər Allahın qızlarıdır") dedikləri sözlərə bənzəyir. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər!

Alikhan Musayev

Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lə’nət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!

Vasim Mammadaliyev and Ziya Bunyadov