At-Tawbah 9:49

Compare 2 Azerbaijani translations

وَمِنْهُمْ مَنْ يَقُولُ ائْذَنْ لِي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ

القرآن الكريم

DragHold to move · × to hide

Onlardan eləsi də var ki: “Mənə izin ver (döyüşə getməyim), məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir.

Alikhan Musayev

Onlardan (münafiqlərdən): “Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!” – deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!

Vasim Mammadaliyev and Ziya Bunyadov