Morning Light · adh-Duha · سورة الضحى · 11 ayahs

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

وَالضُّحَىٰ

And olsun səhərə!

وَاللَّيْلِ إِذَا سَجَىٰ

And olsun (zülməti ilə hər şeyi) örtən gecəyə!

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

(Ey Peyğəmbər!) Rəbbin nə səni tərk etdi, nə də (sənə) qəzəbləndi.

وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَىٰ

Axirət sənin üçün dünyadan daha xeyirlidir.

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ

Rəbbin sənə (nemət) bəxş edəcək və sən də (Ondan) razı qalacaqsan.

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ

Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!

وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ

Səni çaşqın halda tapıb doğru yola yönəltmədimi?

وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ

Səni yoxsul ikən tapıb zəngin etmədimi?

فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ

Elə isə yetimə xor baxma!

وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ

Dilənçini də qovma!

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

Və Rəbbinin nemətindən söhbət aç.