The Soothing · ash-Sharh · سورة الشرح · 8 ayahs

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ

(Ey Peyğəmbər!) Məgər Biz sənin üçün sinəni (qəlbini) açıb genişlətmədikmi?

وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ

Yükünü səndən götürmədikmi? (Yaxud: Günahlarını bağışlamadıqmı?)

الَّذِي أَنْقَضَ ظَهْرَكَ

(Elə bir yük ki) belini bükmüşdü.

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

Biz sənin ad-sanını ucaltmadıqmı?

فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

Şübhəsiz ki, çətinliklə bərabər bir asanlıq vardır.

إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

Əlbəttə ki, çətinliklə bərabər bir asanlıq vardır.

فَإِذَا فَرَغْتَ فَانْصَبْ

(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!

وَإِلَىٰ رَبِّكَ فَارْغَبْ

(Yalnız) Rəbbinə üz tut!